Ürək qüsuru olan uşaq invaziv əməliyyat olundu

  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan uşaq inzaviz müdaxilə ilə əməliyyat edilib.

Uşağın ürəyindəki qulaqcıqlararası çəpərin defekti klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev tərəfindən invaziv müdaxilə ilə əməliyyat olunub.

Kardioloq E.Rzayevin sözlərinə görə, bu tip patalogiyalar anadangəlmə ürək qüsurları arasında ən çox yayılan və tez-tez rast gəlinənidir: “Belə qüsurlarda vaxtında əməliyyat etmək mütləq şərtdir. Çünki zamanında əməliyyat olunmazsa, sonradan bu qüsur böyük yaşlarında həmin xəstənin həyatına ciddi problem yarada bilər. Bəzən bu ürək qüsuru elə kiçik yaşlardan ürək boşluqlarına, ürəyin öz işinə zərər yetirir. Əgər bu problem uşağın həyatına və normal fəaliyyətinə təsir edirsə, onda əməliyyat lazımdır”.

1 Noyabr 2019
Bu mətn 122 dəfə oxunub